Войти

Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava

Ölkə

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı

Ölkə

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək".

Mediaxeberleri.Az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

“Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO

İdman

Azərbaycan 2-ci Liqasında 11-ci tura start verilib.

Mediaxeberleri.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Ağstafa Gəncləri” “Difai”ni 3 cavabsız qolla yenib. “Marafon” isə “Şəki”ni 5 cavabsız qolla üstələyib.

2-ci Liqa
11-ci tur

15 noyabr

“Ağstafa Gəncləri” – “Difai” 3:0
Qollar: Elgün Namazov, 18. Elçin Qasımov, 20; 28.

“Marafon” – “Şəki” 5:0
Qollar: Uğur Səfərov, 23; 80. Elmar Rəhimov, 37. Elşad Manafov, 55. Mirmövsüm Caniyev, 88.


Turnir cədvəli

NoKlublarOQHMVQBQTFX
1

Qaradağ L.
109013883027
2

Marafon
118213172426
3

Şirvan
1071228131522
4

Ağstafa Gəncləri
1170434191521
5

Zəngəzur
107032315821
6

Dinamo
105052317615
7

Hypers
104242012814
8

Difai
113262023-311
9

Şəmkir
102441620-410
10

Kür-Araz
101271644-285
11

Ağdaş
10118728-214
12

Şəki
111010858-503

Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto

Sosial

"Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir".

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir:


"Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşıb. Məsələ ilə bağlı müvafiq platformaya rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaq. Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır".


Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi

Hadisə

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.

Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hazırda əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video

Hadisə

Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.




FHN-in "112" qaynar telefon xəttinə Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ot bağlamalarının yığıldığı sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 13 ton ot bağlamasının üç tonu yanıb. Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.

Həftənin ilk iş günü qar yağacaq

Ölkə

Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-17° isti, dağlarda 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ

Ölkə

Sabah paytaxın bəzi ərazilərində su olmayacaq.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı gün ərzində mərhələlərlə bərpa olunacaq.

Azərbaycanda həkim vəfat etdi

Hadisə

Azərbaycanda həkim vəfat edib.

Mediaxeberleri.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov dünyasını dəyişib.

Onun infarkt keçirərək öldüyü bildirilir.

Bu dəfə general qızı onu məhkəməyə verdi

Gündəm

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.

Mediaxeberleri.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.

Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.

Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır olduqdan sonra Ceyhun Rzayev həm Badamdar qəsəbəsində yerləşən bağ evini təhvil verməli, həm də qalan ödənişi həyata keçirməli imiş.

Lakin sonradan tərəflər arasında mübahisə yaranıb. Türkər Əliyeva iddia edir ki, Ceyhun Rzayev torpağın ilkin sahibi Züleyxa Müşteyidzadəyə təsir göstərərək onunla bağlanmış razılaşmanı pozmağa və torpaq sahəsini birbaşa özünə satmağa çalışıb.

Şikayətçinin digər iddiasına görə, Ceyhun Rzayev onu uydurma cinayət işi açdırmaq və həbs etdirmək hədəsi ilə təhdid edib, həmçinin yaxınlarına və tanışlarına zəng edərək onun barəsində şərəf və ləyaqətini alçaldan məlumatlar yayıb.

Dörd azyaşlı övladını təkbaşına böyütdüyünü bildirən Türkər Əliyeva bu hərəkətlərin ona ciddi mənəvi və psixoloji zərər vurduğunu qeyd edib.

Ərizəçi Ceyhun Rzayevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunmasını istəyir. Eyni zamanda, hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə iddialarına hüquqi qiymət verilməsi üçün materialların Baş Prokurorluğa göndərilməsini xahiş edir.

Qeyd edək ki, tərəflər arasında uzun müddətdir əmlak mübahisəsi davam edir. Noyabrın 12-də Sumqayıt Şəhər Prokurorluğu tərəfindən saxlanılan Türkər Əliyeva sonradan məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

В будущее В прошлое

Навигация