t s

» » “Veysəloğlu”dan bahalaşma

“Veysəloğlu”dan bahalaşma

22-12-2015, 14:39 Yazar:  Sabina Baxılıb: 205 Çap et
“Veysəloğlu”dan bahalaşma“ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb”.

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi “Veysəloğlu” Şirkətlər Qrupunun distributorluq etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Mediaxeberleri.az xəbər verir ki, Qrupun İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir.

“Veysəloğlu”nun distributorluq etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək.

Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”, - deyə, şirkətdən bildiriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:49 Azərbaycan üzən məzənnə rejiminə keçdi — RƏSMİ Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal
12:51 Deputat: İnanmıram ki, 2-ci sərt devalvasiya baş versin “FES-in qərarı manatın məzənnəsinə təsir edəcək”. Mediaxeberleri.az Qafqazinfo-ya istinadən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun müsahibəsini təqdim edir. - Maliyyə naziri Samir Şərifov manatın vəziyyətinin heç də ürəkaçan olmadığı barədə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az